08 aprel 2026 20:03
97

Ərdoğanla Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki,  iki lider ABŞ və İran arasında elan edilmiş ikihəftəlik atəşkəs daxil olmaqla, regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

Atəşkəs razılaşmasından məmnunluğunu ifadə edən Türkiyə Prezidenti 40 günlük eskalasiyadan sonra açılan “fürsət pəncərəsi”ndən davamlı sülhə nail olmaq üçün istifadə ediləcəyinə ümidvar olduğunu bildirib.

Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə dost və qardaş ölkələrlə, xüsusən də Pakistanla birgə həyata keçirilən sülh səylərinə töhfə verməyə davam edəcək.