09 aprel 2026 11:34
123

Azərbaycan basketbolunda yeni tarix yazıldı!

Gənc basketbolçularımız Bosniya və Herseqovinanın Laktasi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında ilk qələbəsini qazandı!

“İki sahil” xəbər verir ki, "Sabah"ın U-18 komandası "B" qrupunun ikinci turunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" klubunu  72:61 hesabı ilə məğlub etdi! Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.