12 aprel 2026 18:30
107

Tramp Çinə xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp Çinlə bağlı xəbərdarlıq səsləndirib.

“İki sahil” xəbər verir ki, Ağ Evin qarşısında jurnalistlərə açıqlama verən Donald Tramp qeyd edib ki, əgər Pekin İrana silah göndərərsə, Çin ciddi çətinliklərlə qarşılaşa bilər.

“Əgər belə addım atılarsa, Çin üçün böyük problemlər yarana bilər”, – deyə ABŞ Prezidenti bildirib.

Bundan əvvəl CNN telekanalı kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, Çin üçüncü ölkələr vasitəsilə daşınacaq zenit-raket kompleksləri partiyasını göndərməyə hazırlaşır.

Çinin ABŞ-dakı səfirliyi isə bu məlumatı təkzib edərək bildirib ki, Pekin münaqişənin heç bir tərəfini silahla təmin etmir.