13 aprel 2026 15:19
109

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

!Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə aprelin 18-19-da Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

“İki sahil” xəbər verir ki,  ADY-dən bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.