13 aprel 2026 20:40
140

Naxçıvanlı idmançı beynəlxalq turnirin qalibi olub

Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-12-də Bakıda yerləşən Sərhədçi İdman Mərkəzində “Grand Prix” beynəlxalq karate turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb.

Muxtar Respublikanı yarışda “Naxçıvan” karate klubunun idmançıları təmsil ediblər. Klubun üzvlərindən Fatimə Bağırzadə 10-11 yaş kateqoriyasında 44 kq çəki dərəcəsində birinci yerin sahibi kimi turnirin qızıl medalına layiq görülüb. Digər idmançı Sona Nəcəfbəyli (8-9 yaş, -32 kq) isə turniri üçüncü yerdə başa vurub.

Qeyd edək ki, beynəlxalq yarışın ardınca 2-ci liqa (həvəskarlar) üzrə turnir təşkil olunub. Həmin turnirdə Hüseyn Qafarlı (10–11 yaş, +50 kq) birinci, Damla Tağızadə (10-11 yaş, -44 kq) ikinci yerə, Fuad Sadiqov (10-11 yaş, -40 kq) və Yusif Tağıyev (10-11 yaş, -40 kq) isə üçüncü yerə sahib olublar.