“Azərikimya” İstehsalat Birliyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə məktəblilər və tələbələr arasında
“Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsi elan edir.
“İki sahil” xəbər verir ki, müsabiqəyə daxil olan rəsm işləri mövzuya uyğun olmalı, şəhəri özündə əks etdirməlidir.
İşlərin ölçüləri 60sm x 80sm olmaqla (çərçivəsiz), akvarellə çəkilməlidir.
Qeyd edək ki, 31 yanvar 2017-ci il işlərin son qəbul günüdür və Sumqayıt şəhəri, S.Vurğun küçəsi 86, “Azərikimya” İstehsalat Birliyinin baş ofisinə təqdim edilməlidir.
Qaliblər fevral-ın 10-da elan ediləcək.
Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:
I yer – 300 manat
II yer – 200 manat
III yer – 100 manat
Xatırladaq ki, ətraflı məlumat üçün (050) 635 74 63 (Bəxtiyar Musayev – Sosial İnkişaf şöbəsi) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.