"Qadın sahibkarlığına töhfə vermək və gücləndirmək üçün türk dövlətlərindən güclü qadınları bir araya gətirmək mümkündür".
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən "Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda panel müzakirədə deyib.
O bildirib ki, mütləq şəkildə təcrübə paylaşmaq üçün proqramlar, onlayn platformalar olmalıdır.
"Türkiyədə qadınlara dəstək proqramı var. O proqrama qoşulan qadınların sayı minlərlədir. Həmçinin şiddəti izləyən bir mərkəz var. Universitetlərdə də qadın araşdırmaçılar üçün bir mərkəz mövcuddur. Azərbaycanda da bu təcrübələri istifadə etmək olar", - o vurğulayıb.
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
TBMM rəsmisi: Münasibətlərimizi qardaşlıqla yanaşı, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik