30 sentyabr 2026 11:05
74

Milli Məclisin 2026-cı il payız sessiyası üzrə ilk iclası başlayıb

Milli Məclisin 2026-cı il payız sessiyası üzrə ilk plenar iclası keçirilir.

“İki sahil” xəbər verir ki, iclas Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Plenar iclasın gündəliyində 27 sentyabr – Anım Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı, eyni zamanda parlamentin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı daxil olmaqla ümumilikdə 16 məsələ var.

İclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.