14 aprel 2026 10:05
138

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir

Müasir dövrdə qadınların iqtisadi fəallığının artırılması, onların sahibkarlıq imkanlarının genişləndirilməsi, sosial inklüzivliyin təmin edilməsi davamlı iqtisadi inkişafın mümkün hərəkətverici qüvvəsidir.

“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı müzakirələrdə deyib.

O bildirib ki, bu baxımdan qadın sahibkarlığının inkişafı üçün əlverişli mühitin yaradılması, qanunvericilik bazası çərçivəsində dəstək mexanizmlərinin daha da inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə bu baxımdan çox böyük işlər görülür. “Dövlətimizin başçısı və müvafiq dövlət qurumları tərəfindən yaradılan və reallaşdırılan proqramlar çərçivəsində qadınların maliyyə resurslarına çıxışının təkmilləşməsi, güzəştli kreditlərlə təmin olunması, biznes bacarıqlarının inkişafı üçün təlim imkanlarının yaradılması, xüsusilə də startap təşəbbüslərinə dəstək verilməsi bizim siyasətimizin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, qadın sahibkarların regional inkişaf proseslərində iştirakı da xüsusilə əhəmiyyətlidir”,- deyə komitə sədri vurğulayıb.