İspaniyanın baş naziri Petro Sançesin həyat yoldaşı korrupsiyada ittiham olunur.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqona Qomez illərdir davam edən cinayət araşdırmasından sonra nüfuz alveri və rüşvətxorluqda ittiham olunub", - məqalədə qeyd olunub.
Nəşr qeyd edir ki, hökumət Qomezin hər hansı qanunsuz əməlini dəfələrlə inkar edib. Həmçinin qeyd olunur ki, ona qarşı ittihamlar Sançesə qarşı siyasi təzyiqi artırır.