14 aprel 2026 10:36
138

ABŞ Venesuela üzərində nəzarətin dayandırıla biləcəyini açıqlayıb

ABŞ-nin Venesuela üzərində nəzarəti Donald Trampın prezidentliyi dövründə dayandırıla bilər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

“Mən ümid edirəm ki, bu, məhz bu administrasiya dövründə baş verəcək və düşünürəm ki, belə də olacaq”, - deyə o qeyd edib.

Rayt əlavə edib ki, Venesuela üzərində nəzarətin dayandırılması ABŞ-nin qarşıya qoyduğu məqsədlərdən biridir.