14 aprel 2026 10:40
132

Türkiyənin 12 vilayətində FETÖ əməliyyatı keçirilib

Türkiyədə İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən FETÖ/PDY silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Aparılan araşdırmalar çərçivəsində təşkilat tərəfindən təlim-tədris adı altında yaradılan və təşkilata dəstək verən yataqxanalarda təşkil olunan TUS (Tibbdə İxtisaslaşma İmtahanı) düşərgəsində iştirak etdikləri müəyyən edilən, təşkilata üzvlüklə bağlı etiraf ifadələrində adları keçən, təşkilatın şifrəli rabitə proqramı “ByLock”dan istifadə və digər cinayətlərdə şübhəli bilinən şəxslərə qarşı əməliyyat başladılıb.

Mərkəzi İstanbul olmaqla Ankara, Bingöl, Bursa, Çorum, İzmir, Kayseri, Konya, Kütahya, Muğla, Ordu və Rize vilayətlərində müəyyən edilmiş ünvanlara eyni vaxtda reydlər keçirilib. Əməliyyat zamanı ümumilikdə 17 şübhəli saxlanılaraq nəzarətə götürülüb.

FETÖ əməliyyatı çərçivəsində saxlanılan 17 şübhəlidən 15-nin hazırda fəaliyyət göstərən dövlət qulluqçuları olduğu müəyyən edilib.