14 aprel 2026 10:42
136

"Ukrayna və Yaxın Şərqdə ətrafında baş verən hadisələr beynəlxaq hüququn ən böyük iflasıdır" - Kallas

Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr İkinci Dünya müharibəsindən bəri beynəlxalq hüququn ən böyük iflası hesab olunur.

“İki sahil” xəbər verir ki,  bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət üzər ali nümayəndəsi Kaya Kallas BMT-də çıxışı zamanı bildirib.

“Beynəlxalq hüququn iflası bu gün iki əsas qlobal böhranda açıq şəkildə görünür: Rusiyanın Ukraynaya qarşı apardığı aqressiv müharibədə və Yaxın Şərqdəki müharibədə. Avropa və Yaxın Şərqdəki böhranlar birlikdə, BMT Nizamnaməsi də daxil olmaqla köhnə qaydalardan imtinanın ən aydın göstəricisidir”.

Onun sözlərinə görə, “məcburedici güc siyasətinə” doğru bir təmayül müşahidə olunur. Aİ-nin ali nümayəndəsi bildirib ki, BMT Nizamnaməsi ilə məhdudlaşdırılmayan çoxqütblülük heç vaxt sülh və sabitlik gətirməyib və sonda viranəliklə nəticələnir.

Kallas hesab edir ki, hazırda “təsir dairələri yaratmağa çalışan bir ovuc hərbi gücün dominant olduğu” yeni bir dünya formalaşır.