Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
“İki sahil” xəbər verir ki, saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.
Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "III Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib
Gəncə şəhərində “Meşə, əkin və biçilmiş taxıl sahələrində yanğınlara qarşı qabaqlayıcı tədbirlər” mövzusunda müşavirə keçirilib