16 aprel 2026 10:29
131

Ötən ay aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

2026-cı ilin mart ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 885 774 nəfər olub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 477 929 nəfərini aylıq sosial müavinət, 407 845 nəfərini isə təqaüd alanlar təşkil edib.