16 aprel 2026 15:26
263

YAP Masallı rayon təşkilatı “Qüdrətli Azərbaycan” mövzusunda partiya veteranları ilə gənclərin görüşünü təşkil edib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Veteranlarımız” layihəsi çərçivəsində “Qüdrətli Azərbaycan” mövzusunda partiya veteranları ilə gənclərin görüşü təşkil edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Fəaliyyətinin hər bir dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi. Elə bir dövlət ki, müstəqilliyi, özünəxas çalarları ilə və daim inkişaf edərək dünyada layiqli yer tutsun. Dövlətimizin qorunub saxlanılması azadlığımızın, müstəqilliyimizin mövcudiyyəti deməkdir, qurtuluş deməkdir!” Ümummilli Lider Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapıb. Ulu Öndərin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqi də həyata keçirilib. O, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırıb. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir.

Səfalı Paşayev onu da qeyd etdi ki, Bu gün sabit və güclü bir Azərbaycanda yaşayırıqsa, bu, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, xalqa olan sədaqəti və dövlətçiliyə xidmət fəlsəfəsinin nəticəsidir. 1969-cu il 14 iyul tarixi millətimizin oyanış, dirçəliş və gələcəyə inamla baxdığı bir dönəmin başlanğıcı olmuşdur. Bu yol bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Məhz onun rəhbərliyi ilə Azərbaycan regionda lider mövqeyini möhkəmləndirmiş, beynəlxalq arenada öz sözünü deyən güclü və qalib dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edən, sabit və müasir dövlət nümunəsi kimi tanınır.

 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Əfrail Fərziyev  çıxış edərək bildirdi ki, Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bu inkişafın, tərəqqinin təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət və bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Hər bir tarixi gün keçilən yola  bir baxış keçirməyi  zərurət kimi ortaya qoyur. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər istiqamətlər kimi gənclərə diqqət və qayğı sahəsində də yeni bir mərhələnin əsasını qoydu. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək  bildirirdi ki,  cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə  öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda   Azərbaycan gəncliyi  ictimai həyatın bütün sferalarında  aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Təbii ki, dövlət gənclər siyasəti dedikdə də  gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları,  cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən  həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. «Gənclər siyasəti haqqında» qanunda da bu məqsədlər  öz əksini tapıb. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə  təmin edir, gələcəyə daha  inamla baxmaları üçün stimulverici amil rolunu oynadığını qeyd etdi.

 

Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon təşkilatının sədri Ramiz Tağıyev, Uşaq Gənclər İdman-Şahmat məktəbi ərazi partiya təşkilatının sədri Əlifağa Yaqubov  və başqaları çıxışlarında Ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən ətraflı söz açaraq  müasir Azərbaycanın banisinin ölkəmizin müstəqil inkişafı və xalq üçün göstərdiyi fədəkarlıqlar barədə geniş və ətraflı nitqlə çıxış etdilər.