İntensiv yağıntıların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə bir neçə gün əvvəl start verilən işlər sürətli və keyfiyyətli şəkildə icra olunub. Ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb.
Yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib.
Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.
Qeydiyyata alınmamış idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır - - VİDEO
Asiya Ombudsmanlar Assosiasiyasının təsis olunmasının 30 illiyi münasibətilə onlayn tədbir keçirilib