Bölgə ölkəsi olaraq, biz qonşularımız Azərbaycan və Ermənistan üçün çox sevinirik. Onlar sülhə nail ola biliblər. Hazırda onların ticarət münasibətləri inkişaf edir və bu prosesdə Gürcüstan mühüm rol oynayır, oynamaqda da davam edəcək. Biz də bu prosesi dəstəkləyir və təşviq edirik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Gürcüstan hökumətinin aparat rəhbəri Levan Jorjoliani ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.
O, deyib ki, Cənubi Qafqaz ölkələrinin eyni baxışa malik olmaları, rifah, sabitlik və sülhün təmin olunması istiqamətində ortaq mövqe nümayiş etdirmələri xalqlarımızın daha firavan yaşayacağına qəti inam yaradır: “Biz sülh siyasətini təşviq etməyə davam edəcəyik. Digər prioritet istiqamətimiz iqtisadiyyatdır. Sülh və iqtisadiyyat bir-biri ilə sıx bağlıdır. Məhz buna görə də iqtisadi artımı təşviq etməyi davam etdirəcəyik”.
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib