15 dekabr 2016 17:25
443

Bakıda gənc solistlərin premyera konserti təşkil olunacaq

Dekabrın 23-də R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gənc solistlərin premyera konserti” adlı musiqi proqramı təşkil olunacaq.

Musiqili gecədə dünya şöhrətli argentinalı bəstəkar Astor Pyazzollanın tanqo musiqiləri ilə yanaşı, İtaliyan bəstəkarı Antonio Vivaldinin “İlin fəsilləri” adlı klassik musiqi əsəri ifa ediləcək. Bundan başqa, konsert çərçivəsində bir sıra dünya bəstəkarlarının klassik musiqi əsərləri də səslənəcək.

Bu barədə AZƏRTAC-a layihənin əlaqələndiricisi, musiqişünas Emin Hüseynov məlumat verib. Onun sözlərinə görə gənc solistləri Bakı Solistləri Ansamblı müşayiət edəcək.

Hər kəsin qatıla biləcəyi konsert proqramında yalnız klassik musiqi nömrələri təqdim olunacaq.