Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlu yolu keçən zaman avtomobil onu vuraraq öldürüb.
Sürücünün hadisə yerindən yayındığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın rəqəmsal arxitekturası: Yeni tənzimləmə strategiyası və institusional sıçrayış
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edilib - FOTO