Bakıda tanınmış gənc dizayner-rəssam Renarə Şəmsiyevanın rəhbərliyi ilə pulsuz moda dərsləri təşkil olunacaq.
R.Şəmsiyeva AZƏRTAC-a bildirib ki, dekabrın 18-də “Fabrika Coworking Center” ünvanında təşkil ediləcək dərslərdə iştirakçılara rəng və forma anlayışı, geyim eskizlərinin hazırlanması, dünya və milli geyimlər, dünyaca məşhur moda evlərinin iş fəaliyyəti, geyim kolleksiyasının hazırlanması və başqa mövzularda məlumatlar veriləcək. Hazırda qeydiyyatların davam etdiyi dərslərə 5 yaşından yuxarı və rəssamlıq bacarığı olan hər kəs qatıla bilər. Dərslər iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində keçiriləcək.
Onun sözlərinə görə qabaqcıl moda məktəblərində təhsil almaq istəyənlər üçün də xüsusi hazırlıq kurslarının təşkili nəzərdə tutulur.