19 aprel 2026 16:53
115

Xavyer Miley İsraildə rəsmi səfərdədir

Argentina Prezidenti Xavyer Miley İsraildə rəsmi səfərdədir.

“İki sahil” "Ynet"ə istinadən xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Qüdsdə səfirliyinin açılışında iştirak edəcək.

Qeyd olunub ki, Miley həmçinin İsrailin Müstəqillik Günü mərasimində məşəl yandıracaq və Ben-Qurion Hava Limanından Buenos-Ayresə birbaşa aviareysin açılacağını elan edəcək.