19 aprel 2026 18:00
111

Yəməndən sensasion bəyanat: Neft yolunu bağlaya bilərik

Husi hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bəyan edib ki, onlar ABŞ Prezidenti Donald Trampın sülhün əldə olunmasına mane olmağa davam edəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlaya bilərlər.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, əgər belə bir qərar qəbul olunarsa, dünyada heç kim Bab-əl-Məndəb boğazını aça bilməyəcək. Hüseyn əl-Əzzi ABŞ liderini və onu dəstəkləyən ölkələri sülhə mane olan bütün hərəkət və siyasətləri dərhal dayandırmağa, Yəmən xalqının hüquqlarına hörmət göstərməyə çağırıb.

Qeyd edək ki, Bab-əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Fars körfəzi ölkələrindən Avropaya enerji daşımaları üçün kritik əhəmiyyət daşıyan marşrutdur. Onun vasitəsilə dünya üzrə dəniz neft ticarətinin təxminən 12 faizi və mayeləşdirilmiş təbii qazın (LNG) 8 faizi həyata keçirilir. Boğazın hər hansı blokadası qlobal enerji təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər.