20 aprel 2026 20:21
102

Tramp: Saziş bu gün İslamabadda imzalanacaq

ABŞ Prezidenti Donald Tramp vitse-prezident JD Vensin rəhbərlik etdiyi nümayəndə heyətinin İslamabadda danışıqlarda iştirak edəcəyini təsdiqləyərək, "İranla sazişin bu gecə imzalanacağına ümid etdiyini" bildirib.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, ABŞ prezidenti danışıqlarda vitse-prezident JD Vensin, xüsusi nümayəndə Stiv Vitkoffun və kürəkəni Cared Kuşnerin İslamabad danışıqlarında iştirak edəcəyini təsdiqləyib.

İran Mediası: İranın danışıqlarda iştirak etməyəcək

Dünənki açıqlamasında Tramp xəbərdarlıq edib ki, əgər İranla saziş imzalanmasa, İrandakı hər bir elektrik stansiyasını və körpünü partladacaq.

İran tərəfi isə danışıqlarda iştirak etməyəcəyini bəyan edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”