20 aprel 2026 17:50
117

Naxçıvançay, Gilançay və Ordubadçaydan sel keçib

Muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri baş verib.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvançay (Qarababa), Gilançay (Nurgüt) və Ordubadçay (Nüsnüs) hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylarda sel sularının keçməsi qeydə alınıb.

Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel daşqınları müşahidə olunub. Mövcud hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artması ehtimalı qalmaqdadır. Əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmaq tövsiyə edilir.