20 aprel 2026 23:45
99

Ağcabədidə "VAZ" ilə "KamAZ" toqquşub

Ağcabədi rayonu ərzisində ağır yol qəzası baş verib.

Hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Gündüz Süleymanov hadisə yerində keçinib.

Mərhumun avtomobilində olan iki nəfər isə ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.