21 aprel 2026 01:44
127

Tim Kuk Apple şirkətinin baş icraçı direktoru vəzifəsini tərk edəcək

Tim Kuk Apple şirkətinin direktorlar şurasının icraçı sədri olacaq, aparat təminatının hazırlanması üzrə baş vitse-prezident Con Ternus isə 1 sentyabr 2026-cı il tarixindən etibarən şirkətin yeni baş icraçı direktoru vəzifəsini tutacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Apple şirkətinin bəyanatında deyilir.

“Direktorlar şurası tərəfindən yekdilliklə təsdiqlənən keçid düşünülmüş uzunmüddətli varislik planlaşdırılması prosesinin nəticəsi olub”, - deyə Apple-da bildirilib.