21 aprel 2026 12:18
91

Bədii üzgüçülük üzrə yeni məşqçi

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə məşqçi Yekaterina Matviyenko ilə əməkdaşlığa start verib. 

“İki sahil” xəbər verir ki, bədii üzgüçülük üzrə idman ustası müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi çalışıb, o cümlədən Misirin Olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.  Son illərdə Krasnodar şəhərində bədii üzgüçülük klubunun baş məşqçisi olmuş mütəxəssis ASF-nin rəsmi veb-saytı ilə fikirlərini bölüşüb: “Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm və məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir”.

Federasiyamız bədii üzgüçülük üzrə məşqçi heyətindən ayrılmış Oksana Pismennaya gördüyü işlərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayır.