24 aprel 2026 22:30
99

Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Pentaqon binasının yaxınlığında iki avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 23 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Qeyd edilib ki, xəsarət alanlardan azı 10-u Amerika müdafiə idarəsinin əməkdaşıdır.

Təcili yardım briqadaları 18 nəfəri tibb müəssisələrinə çatdırıb, daha beş nəfər isə lazımi tibbi yardımı birbaşa qəza yerində alıb.

Pentaqonun hüquq-mühafizə orqanları hadisə faktını təsdiqləyib və idarənin yaxınlığında yerləşən nəqliyyat qovşağının və metro stansiyasının tamamilə bağlandığını elan edib.