25 aprel 2026 13:57
123

Azərbaycanın U-20 millisinə Almaniyadan futbolçu dəvət oluna bilər

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə Almaniyada çıxış edən futbolçu dəvət ala bilər.

“İki sahil” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi hazırkı təlim-məşq toplanışına ölkə xaricindən yalnız bir oyunçunun qatıldığını xatırladıb: "Ölkə xaricində çıxış edən futbolçuları da U-20-nin Qəbələdəki toplanışına dəvət etmək istəyirdik. Lakin onların çempionatları davam etdiyi üçün hazırlıq prosesinə qatıla bilmədilər. Gələcəkdə dəvət etmək planda var. Hazırda yalnız İspaniyanın "Marcet" akademiyasından futbolçu çağırılıb. Türkiyə və İsveçdə çıxış edən oyunçularımız da sonra gələcəklər. Onlar daha əvvəl də milli komandalarda yer alıblar. Almaniyadan da 1-2 futbolçu var. Azərbaycana bağlı olsalar da, hələlik pasportları yoxdur".

Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.