Şəkidə yük avtomobili yanıb.
Hadisə bu gün səhər saatlarında Şəkinin Vərəzət kəndi ərazisində baş verib.
Bakı şəhər sakini, 33 yaşlı Mövlud Nəsibova məxsus "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən qəfil alovlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq
Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir