25 aprel 2026 22:59
121

Macarıstan baş nazirinin müavininin partiya sədrliyindən istefası qəbul olunmadı

Macarıstanın baş nazir müavini Jolt Şemyen parlament seçkisində məğlubiyyətdən sonra Xristian-Demokrat Xalq Partiyasının (XDNP) sədri vəzifəsindən istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, hakim koalisiyada "FİDES - Macarıstan Vətəndaş İttifaqı" ilə birlikdə çıxış edən XDNP parlamentdə çoxluğu "Tisa" Partiyasına uduzub.

Jolt Şemyen məğlubiyyətə görə məsuliyyəti üzərinə götürərək istefa ərizəsi yazsa da, partiya rəhbərliyi onun müraciətini gizli səsvermə zamanı yekdilliklə rədd edib. O, partiyanın "nəsil dəyişimi və yenilənmə dövrü" ərzində rəhbər kimi qalmağa razılaşıb.

Qeyd edək ki, yeni parlamentin ilk iclası mayın 9-da keçiriləcək və "Tisa" Partiyasının lideri Peter Madyarın baş nazir seçilməsi gözlənilir.