26 aprel 2026 00:37
112

Juao Qomes "Atletiko"ya keçir?

İspaniyanın "Atletiko" Madrid klubu "Vulverhempton"un yarımmüdafiəçisi Juao Qomesin transferi üçün rəsmi danışıqlara başlayıb.

“İki sahil” xəbər verir ki, "TalkSPORT"un yaydığı məlumata görə, 23 yaşlı braziliyalı futbolçunun transfer dəyəri təxminən 40 milyon funt-sterlinq civarında qiymətləndirilir.

"Vulverhempton"un Premyer Liqadan aşağı dəstəyə düşməsi oyunçunun komandadan ayrılmaq istəyini daha da artırıb.

Dieqo Simeone aqressiv oyun tərzi ilə seçilən Qomesi öz komandasının yarımmüdafiə xətti üçün ideal namizəd hesab edir.