26 aprel 2026 16:21
95

"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb

"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında finala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, komanda buna yarımfinal mərhələsinin ikinci oyununda "Neftçi"ni məğlub etməklə nail olub.

Bakı İdman Sarayındakı qarşılaşma 90:81 hesabı ilə bitib.

İlk görüşdə "Abşeron Lions" qalib gəlib - 95:89.

Beləliklə, komanda finalda "Sabah"a rəqib olub.