26 aprel 2026 19:42
101

Böyük Britaniyadakı "Ferford" aviabazasında yanğın baş verib

İrana hücumlarda iştirak edən ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı qruplaşmasının yerləşdiyi Böyük Britaniyadakı "Ferford" aviabazasında yanğın baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Polis nümayəndələrinin sözlərinə görə, yanğın anbar binalarından birində elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib. Qeyd edilib ki, yanğınsöndürənlər alovu lokallaşdıra biliblər, xəsarət alanlar barədə məlumat daxil olmayıb. Heç bir təyyarənin zədələnmədiyi bildirilib, bazada saxlanılan ABŞ texnikasının vəziyyəti isə qeyri-müəyyən olaraq qalır.

Yanğının başvermə şəraitinin araşdırılması davam edir. İlkin məlumatlara görə, hadisə ilə bağlı heç bir şübhəli hal aşkarlanmayıb.