Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES - 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.
Qeyd edək ki, “EFES - 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar