26 aprel 2026 23:39
93

"Real Madrid" onun üçün 100 milyon avronu gözdən çıxardı

Fransanın PSJ klubunun portuqaliyalı yarımmüdafiəçisi Vitinya karyerasını İspaniyada davam etdirə bilər.

"El Nacional"ın yaydığı sensasiyalı məlumata görə, futbolçunun agenti Xorxe Mendes Paris klubundan "Real" Madrid ilə rəsmi danışıqlara başlamaq üçün yaşıl işıq istəyib.

Madrid təmsilçisi Vitinyanı Toni Kroos və Luka Modriçin varisi kimi görür və onun transferi üçün 100 milyon avrodan çox məbləği gözdən çıxarıb.

PSJ rəhbərliyi isə portuqaliyalı ulduzu komandanın toxunulmaz oyunçularından biri hesab edir və asanlıqla buraxmaq niyyətində deyil. Lakin futbolçunun agentinin israrlı davranışı transfer ehtimalını gündəmdə saxlayır.

Fanat.Az