16 dekabr 2016 18:10
963

Bakıda milli rəqs və musiqi festival təşkil olunacaq

Dekabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli rəqs və musiqi festivalı keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festivala Azərbaycan, Gürcüstan və İrandan olan rəqqaslar qatılacaq.

İki gün davam edəcək musiqili-əyləncəli tədbirdə Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin “Odlar yurdu” rəqs qrupu milli rəqslərimizlə yanaşı, hind və ispan rəqslərini də təqdim edəcək.