ABŞ, Boliviya, Kosta-Rika, Qayana, Paraqvay, Trinidad və Tobaqo Çinin dəniz ticarəti fəaliyyətləri qarşısında Panamanın suverenliyini dəstəklədiklərini bildiriblər.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, müvafiq birgə bəyanat çərşənbə axşamı yayılıb.
Sənəddə qeyd olunur ki, Pekinin hərəkətləri beynəlxalq dəniz nəqliyyatını siyasiləşdirmək və regional dövlətlərə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilir.
Bəyanatın müəllifləri vurğulayıblar ki, onlar Çinin iqtisadi təzyiqi ilə bağlı vəziyyəti, o cümlədən Panama bayrağı altında üzən gəmilərə təsir edən tədbirləri yaxından izləyir. Sənəddə həmçinin bildirilir ki, bu cür addımlar ticarət azadlığına, dəniz yollarının sabitliyinə və Qərb yarımkürəsindəki ölkələrin suveren hüquqlarına təhlükə yarada bilər.