29 aprel 2026 11:04
157

Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sahibkarların ixrac imkanlarının genişlənməsi üçün nəqliyyat xərclərinin müəyyən hissəsinin dövlət tətəfindən qarşılanması məqsədilə dəstək tədbiri nəzərdə tutulur.

Nazir vurğulayıb ki, hazırda Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir. Bundan əlavə, bu ildən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştləri tətbiq edilir: "Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək. Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da bu prosesə əlavə stimul yaradır."