FİFA 77-ci Konqresi çərçivəsində növbəti prezident seçkiləri Mərakeşdə keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Məlumata görə, konqresin dəqiq keçiriləcəyi şəhər hələ rəsmi olaraq təsdiqlənməyib, lakin tədbirin paytaxt Rabatda təşkil olunacağı gözlənilir.

Canni İnfantino FİFA prezidenti postuna dördüncü dəfə namizədliyini irəli sürə biləcək. FIFA nizamnaməsinə əsasən rəhbərlər üçün üç dördillik müddət limiti nəzərdə tutulsa da, İnfantinonun ilk dövrünün yarımçıq olması səbəbindən onun yenidən namizədliyi bu qaydaya zidd hesab edilmir. O, 2016-cı ildə Blatterin istefasından sonra vəzifəyə gəlib, 2019-cu ildə isə yenidən seçilib.
Mərakeş həm də FİFA Dünya Çempionatı 2030-un ev sahiblərindən biri olacaq. Turnir 100 illik yubiley münasibətilə tarixində ilk dəfə olaraq altı ölkədə keçiriləcək. Açılış mərhələsində üç oyun Argentina, Paraqvay və Uruqvayda oynanılacaq, daha sonra yarış İspaniya, Portuqaliya və Mərakeşdə davam edəcək.