16 dekabr 2016 20:31
375

Rəqs üzrə qaliblər mükafatlandırılıb

Azərbaycan Teatr Xadimləri İttifaqında rəqs üzrə Azərbaycan kuboku müsabiqəsinin yekun tədbiri keçirilib. Müsabiqə Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Gənclər İttifaqının və “Lenovo” kompaniyasının dəstəyi ilə gerçəkləşib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 3 yaşdan 43 yaşadək, 4 ölkədən olmaqla 4200-dək iştirakçı qatılıb. Müsabiqə çərçivəsində etnik folklor, şou-dans, bollywood, hip-hop şou və çerlidinq nominasiyaları üzrə çıxış edən qaliblər mükafatlandırılıb.

Balacalar arasında çerlidinq nominasiyası üzrə Ağcəbədinin “Qarabağ” kollektivi qalib elan olunub. Digər nominasiyalar üzrə qalib iştirakçılar da mükafatlandırılıb.