Yunanıstan yay mövsümündə serbiyalı turistlər üçün Avropa İttifaqına giriş sistemini asanlaşdıra bilər.
“İki sahil” xəbər verir ki, Yunanıstanın yay səyahət mövsümünün pik dövründə Serbiya vətəndaşları üçün Aİ-yə yeni giriş-çıxış sisteminin (EES) tətbiqini dayandırması gözlənilir.
Bu addım sərhədlərdə uzun növbələrin qarşısını almaq məqsədi daşıyır.
Serbiyanın Salonikidəki baş konsulu Yelena Vuyiç Obradoviçin sözlərinə görə, sistemin iyunun 1-dən avqustun 30-dək dayandırılması və ya yalnız gecə saatlarında tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, EES Şengen bölgəsi üçün hazırlanmış yeni rəqəmsal sərhəd nəzarəti sistemidir və pasport möhürlənməsini biometrik məlumatların toplanması ilə əvəz edir.