04 may 2026 14:33
84

Avstriyanın rusiyalı diplomatları “persona non grata” elan etməsi...

Rusiyanın Vyanadakı səfirliyi bildirib ki, Avstriyanın rusiyalı diplomatları “persona non grata” elan etməsi əsassız və qəbuledilməz addımdır.

“İki sahil” xəbər verir ki, bu barədə TY məlumat yayıb.

Diplomatik nümayəndəliyin yaydığı bəyanatda qeyd olunur ki, Rusiya səfirliyi və ATƏT yanında daimi nümayəndəlik əməkdaşlarının Avstriya Xarici İşlər Nazirliyi tərəfindən “persona non grata” elan edilməsi ilə bağlı qərar diqqətə alınıb.

Səfirlik bu addımı “dostluqdan uzaq, heç bir əsaslandırması olmayan, sırf siyasi motivli və qəbuledilməz” kimi qiymətləndirib. Bəyanatda vurğulanıb ki, Avstriya tərəfi Vyana Konvensiyasının guya pozulması ilə bağlı heç bir sübut və dəlil təqdim etməyib.

Qeyd edək ki, bundan əvvəl Avstriyanın üç rusiyalı diplomatı guya mümkün casusluq fəaliyyəti ilə əlaqədar “persona non grata” elan etdiyi bildirilmişdi.