04 may 2026 20:05
76

Rusiya Ukraynanın itkilərini açıqladı - 1531-ci gün

Rusiya müharibənin 1531-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 141 646 PUA-sı, 658 zenit-raket kompleksi, 29 161 tank və digər zirehli texnikası, 1 714 reaktiv yaylım atəş sistemi, 34 749 artilleriya və minaatanı, 60 777 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.