Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) raket hücumuna məruz qalıb. İrandan atıldığı bildirilən 4 qanadlı raketin üçü səmada zərərsizləşdirilib, biri isə dənizə düşüb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, Fuzeyrada “Fauz” neft sənayesi rayonunda PUA hücumu nəticəsində yanğın baş verib. Mülki Müdafiə Qüvvələri yanğının söndürülməsinə başlayıblar.
Eyni zamanda, gün ərzində BƏƏ-nin ADNOC şirkətinə məxsus neft tankeri Hörmüz boğazından keçərkən iki PUA ilə hədəfə alınıb.
Tramp: İran Hörmüz boğazından keçən ABŞ gəmilərinə hücum edərsə, yer üzündən silinəcək
İrakli Kobaxidze: Avropa bürokratiyasının dezinformasiya ilə dolu açıqlamaları ciddi problemdir