04 may 2026 23:06
86

ABŞ və ərəb ölkələri İranın Hörmüz boğazını bağlamasına görə BMT TŞ-nin qətnaməsini hazırlayır

ABŞ və Körfəz ərəb ölkələri İranın Hörmüz boğazını bağlamasına görə BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsini hazırlayırlar.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts açıqlayıb.

Uolts bildirib ki, bu həftə qətnamə ilə bağlı danışıqlar aparılacaq. O əlavə edib ki, ABŞ yeni qətnaməni Bəhreynlə birlikdə Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının dəstəyi ilə hazırlayır.

Qətnamə İrandan ticarət gəmiçiliyinə hücumları və boğazda gəmiçiliyə rüsum tətbiq etməyi və dəniz minalarını yerləşdirməyi dayandırmağı və minaların yerini açıqlamağı tələb edəcək.