Rusiya hərbçilərinin bu gün Ukraynanın yeddi regionunu atəşə tutması nəticəsində 14 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.
“İki sahil” xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko "Telegram" kanalında bildirib.
"Ən çox Xarkov vilayətindəki Merefa zərər çəkib. Orada 7 nəfər həlak olub. Zaporojyedəki Volnyanskda məbədin ərazisinə zərbə dəyib. İki nəfər həlak olub. Eyni zamanda, Rusiya Silahlı Qüvvələri energetikaya hücumlarını davam etdirir. Bu gün Dnepropetrovsk, Xarkov və Çerniqov vilayətinə zərbələr endirilib", – o yazıb.
Nazirin sözlərinə görə, xilasedicilər və polislər yaralıların təxliyəsini, yanğınların söndürülməsini və dağıntıların təmizlənməsini davam etdirirlər. Zərərçəkənlərə bütün lazımi yardım göstərilir.