ABŞ-ın hərbi helikopterləri Hörmüz boğazında İranın 6 kiçik katerini batırıb.
“İki sahil” "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, ABŞ helikopterləri ticarət gəmiləri üçün təhlükə yaradan 6 kateri vurub.
İran hərbçiləri bu iddiaları təkzib edərək, mayın 4-də İran Hərbi Dəniz Qüvvələrinin heç bir üzən vasitəsinin ABŞ tərəfindən batırılmadığını qeyd edib.