05 may 2026 02:02
90

Ağ Evin yaxınlığında atışma baş verib

Ağ Evin yaxınlığında odlu silahdan istifadə ilə insident baş verib, nəticədə azı bir nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Qulyelmi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Ağ Evin yaxınlığında atəşi hüquq-mühafizə strukturlarının nümayəndəsi açıb.

"Hüquq-mühafizə orqanları əməkdaşlarının odlu silah tətbiq etməsi nəticəsində bir nəfər yaralanıb, hazırda onun vəziyyəti barədə məlumat yoxdur", - Qulyelmi bildirib.